Modern.az

Deputat Elman Məmmədov: “Arzunuz ürəyinizdə qalacaq”

Deputat Elman Məmmədov: “Arzunuz ürəyinizdə qalacaq”

Aktual

7 Fevral 2013, 11:57

Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov Ermənistanda  prezidentliyə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyanın Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı təkilifini növbəti sərsəmləmə hesab edir.

“Bu istək təkcə Ovannisyanın deyil, bütün Ermənistanın istəyidir. Ermənistanda böyüyündən kiçiyinə qədər hamısı bu arzudadır. Onlar heç narahat olmasınlar ki, arzuları ürəklərində qalacaq. Azərbaycanın tarxiri torpağı Qarabağ heç vaxt Ermənistana birləşdirilə bilməz. Ermənilər heç narahat olmasınlar, Azərbaycan nəinki Dağlıq Qarabağı, eləcə də başqa mahallarımızı da geri alacaq. Ermənilərin bu arzusu inşallah gözlərinə qalacaq. Onların yanımızda necə aciz olduğunu göstərəcəyik”,-deyə E.Məmmədov bildirib.

Ermənistanda prezidentliyə namizəd, “İrs” partiyasının sədri Raffi Ovannisyan seçki proqramını açıqlayarkən bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi tanınmalı və Qarabağ erməniləri istəyərsə, Ermənistana birləşə bilərlər. Prezidentliyə namizəd hesab edir ki, dinc nizamlanmanın əsas şərti kimi Dağlıq Qarabağ separatçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə qoşulmaq məsələsi qaldırılmalıdır.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı