“Amerikanın pilotsuz təyyarəsi RQ-170-dən əldə etdiyimiz informasiya amerkalıların İran ətrafında hərbi əməliyyat keçirdiklərini sübut edir”. Modern.az bildirir ki, bu barədə məlumatı İranın hərbi kosmik quvvələrinə başçılıq edən Əmir-Əli Hacızadə verib.
Onun sözlərinə görə pilotsuz təyyarənin maqnit disklərində olan informasiya acıqlanıb oxunduqdan sonra bəlli olub ki, o İranla qonşuluqda yerləşən dövlətlərdə hərbi missiyanı yerinə yetirirmiş.”Təyyarə əsasən də Pakistan və Əfqanstan ərazisindəki hərbi əməliyyatlarda bombalama və raket atəşinə tutma prossesini idarə edirmiş”. –deyə Hacızadə vurğulayıb.
Qeyd edək ki, 2012-ci ilin dekabrında İran daha iki Amerika pilotsuz uçan aparatının (BPLA) yaxalanması barədə məlumat vermişdi.Bunlarla yanaşı Tehran bir müddət əvvəl ABŞ -ın “Scan Eagle” pilotsuz təyarəsnin də ələ keçirib.
Modern.az