Modern.az

Bu gün İlqar Məmmədovla bağlı apelyasiya şikayətinə baxılacaq

Bu gün İlqar Məmmədovla bağlı apelyasiya şikayətinə baxılacaq

Aktual

8 Fevral 2013, 11:48

Bu gün Bakı Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş qətimkan tədbirinin ləğvi haqqında şikayətinə baxılacaq. Modern.az-ın məlumatına görə, məhkəmə hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, “REAL” hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya  qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı