Modern.az

Nazir müavini: “Azərbaycanın 28 milyard manatdan çox ƏDV gəliri olub”

Nazir müavini: “Azərbaycanın 28 milyard manatdan çox ƏDV gəliri olub”

Aktual

8 Fevral 2013, 13:26

Bu gün Bakıda «Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda II Vergi Forumu keçirilib. Modern.az-ın məlumatına görə, forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, son 10 il ərzində ümumdaxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə artıb.

“Orta illik artım qeyri-neft sektorunda 10 %-dən çox olub. Bu da təbii ki, dünya ilə müqayisədə Azərbaycanda daha çox artım olub. Bundan sonra Azərbaycanın inkişafı qeyri-neft sektorunda olacaq. Azərbaycanın inkişafında neftdən kənar addımları görə biləcəyik. Bunu 2012-ci ilin yekun hesabatları da sübut etdi”.

  S. Hüseynova qeyd edib ki, Azərbaycanın 28 milyard manatdan çox əlavə dəyər gəliri olub. “2011-ci ildə 9,7% əlavə dəyər vergisi artıbsa, 2012-ci ildə bu il daha çox olub. 2012-ci ildə 20 milyard investisiya yatırımı olubsa, bunun da 76%-i qeyri-neft sektoruna yönəldilib”.  

Gültəkin Ələsgər  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı