Modern.az

Avropa Birliyinin təmsilçisi: “Azərbaycan elektron idarəetmə sahəsində böyük uğurlar əldə edib”

Avropa Birliyinin təmsilçisi: “Azərbaycan elektron idarəetmə sahəsində böyük uğurlar əldə edib”

Aktual

8 Fevral 2013, 14:50

Avropa ilə Azərbaycan arasında əməkdaşlıq mövzusunda çıxış edən  Avropa Birliyinin Azərbaycandakı nümayәndәliyinin rəhbəri Roland Kobia  Azərbaycanın ilk peykinin orbitə çıxırılmasını böyük bir nailiyyət adlandırılıb. Buna görə Azərbaycanı təbrik edib. Eyni zamanda Roland Kobia  Azərbaycan elektron idarə etmə sahəsində böyük uğurlar əldə edildiyini bildirib və Vergilər Nazirliyinin oynadığı rolu xüsusi illə qeyd edib.   

O, Vergilər Nazirliyinin Avropa İttifaqı tərəfindən innovasiyalaşmaya açıq olan nazirlik kimi qiymətləndirildiyini də diqqətə çatdırıb. “Avropa ittifaqı ilə Azərbaycan arasında bir milyon dəyərində olan iki illik “Tunning” layihəsi var ki, burada nazirliklərin təkmilləşdirilməsi məsələsi, maliyyə dayanıqlığı, audit proqramların təkmilləşdirilməsi ilə bağlı məsələlər həyata keçiriləcəkdir. Eyni zamanda həmin layihə ümumi tədbirlər planına əsaslanıb. Layihəyə texniki ekspertlər cəlb olunacaq. Əsas da Estoniyanın təcrübəsi götürüləcək. Niderland da bura cəlb edilib ki, korrupsiya sahəsində birinci ölkələr sırasında olduğundan onun təcrübəsinin keyfiyyətli olacağı danılmazdır”, – deyə Roland Kobia qeyd edib.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı