Modern.az

Azərbaycanda qanunvericiliyə aid nəhəng kitab çıxıb - FOTOLAR

Azərbaycanda qanunvericiliyə aid nəhəng kitab çıxıb - FOTOLAR

Aktual

8 Fevral 2013, 15:38

“Azərbaycan Respublikasının Hərbi Qanunvericilik Ensiklopediyası” nəşr olunub. Modern.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq nəşr edilmiş bu kitabda müstəqillik illərindən bu günə kimi olan bütün hərbi qanunlar öz əksini tapıb. Ölkənin ən böyük həcmli kitabında respublikanın hərbi və təhlükəsizlik sektoruna aid bütün qanunvericilik aktları bir yerə toplanıb. Azərbaycanın ən böyük kitabının baş redaktoru Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur.

  Kitabın  tərtibatçısı, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, kitabda hərbi sahəyə aid qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, Konstitusiya Məhkəməsinin qərarları, hərbi nizamnamələr, əsasnamələr, məcəllə və qanunlardan çıxarışlar, Nazirlər Kabinetinin qərarları, Silahlı Qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları və onların təsvirləri, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri və s. yer alıb”.
  E.Əsgərov  kitabın hazırlanması üzərində uzun illər iş aparıldığını deyib. Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi bildirib ki, kitabda çatışmayan hansısa cəhət olsa, oxucular onu e-mail vasitəsilə bildirə bilər.  

Qeyd edək ki, “Azərbaycan Respublikasının hərbi qanunvericilik ensiklopediyası” hərbi hissə komandirləri (rəisləri), Səfərbərlik və Hərbi Xidmətə Çağırırş üzrə Dövlət Xidməti, onun yerli idarə, şöbə və bölmələrinin əməkdaşları, hərbi qulluqçular, onların ailə üzvləri, hakimlər, prokurorluq orqanları işçiləri, elmi işçilər, ali təhsil və ali hərbi təhsil müəssisələrinin tələbələri (kursantları), hərbi hüquqi sahədə biliklərini artırmaq arzusunda olan hər bir kəs və hərbi xidmət keçmək kimi konstitusion vəzifə daşıyan hər bir vətəndaş üçün nəzərdə tutulub.

Ensiklopediyada buraxılmış boş səhifələr normativ hüquqi aktlarda edilən əlavələr və dəyişikliklər barədə müəyyən qeydləri aparmaq üçün nəzərdə tutulub.



 

 

 

 

Anar Kəlbiyev  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı