Modern.az

"525-ci qəzet"in və Tərcümə Mərkəzinin ofisində yanğın

"525-ci qəzet"in və Tərcümə Mərkəzinin ofisində yanğın

Aktual

8 Fevral 2013, 15:55

“525-ci qəzet"in və Tərcümə Mərkəzinin Nərimanov rayonu Ş.Mustafayev küçəsində yerləşdiyi binada yanğın baş verib. Modern.az xəbər verir ki, yanğın binanın zirzəmisindən başlayıb. 525-ci qəzet-in və qol.az saytının redaksiya və müxbir heyəti binanı tərk ediblər. Hadisə yerinə yanğınsöndürən maşınlar çağırılıb. Qəzetin redaksiyasını tamamilə tüstü bürüyüb.

Zirzəmidə qısaqapanmadan yaranan yanğın artıq söndürülüb. “525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev Modern.az-a deyib ki, hadisə ilə bağlı redaksiyaya heç bir ziyan dəyməyib.


 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı