Modern.az

"Qarabağa məktub"un müəllifi Karakoç Abşeronda anım gecəsi ilə yad olundu

"Qarabağa məktub"un müəllifi Karakoç Abşeronda anım gecəsi ilə yad olundu

Aktual

9 Fevral 2013, 16:56


Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Abşeron rayon İcra Hakimiyyəti, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə Abşeron rayonunda Türk Dünyasının böyük şairi, aydını Abdurrahim Karakoçun xatirəsinə böyük ədəbi-bədii gecə keçirildi. Türkiyədən millət vəkillərinin, şairin ailə üzvlərinin və ziyalıların  iştirak etdiyi ədəbi-bədii gecəni giriş sözü ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova açdı. Qonaqları salamlayan İ.Gülməmmədova Türk dünyasının böyük şairi-aydını Abdurrahman Karakoçun yaradıcılığının Azərbaycan tamaşaçılarına  poeziya və musiqinin dili ilə təqdim ediləcəyi bu cür tədbirin rayonda təşkil edilməsindən məmnunluq duyduğunu ifadə etdi.

 Abşeron rayonundam millət vəkili Hacı Salayev çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişafına xidmət etdiyini dedi.

Tədbirin təşkilatçısı millət vəkili Qənirə Paşayeva çıxışında türk dünyası ədəbiyyatında özünəməxsus üslub və dəst-xətti olan Abdurrahim Karakoç poeziyasının vurğunu olduğunu söylədi.  “Mihriban” şeiri ilə bu şairin yaradıcılığına daha da bağlanan millət vəkili bldirdi ki, ona  şairlə sağlığında  görüşmək qisməti olduğu üçün çox xoşbəxtdir. Çünki Abdurrahim Karakoç ürəyi, ruhu və yaradıcılığı Vətənlə, haqqla, torpaqla, insanlıqla döyünən şair və ziyalı idi.
“Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Abdurrahim bəy sərhədlər çərçivəsində düşünən ziyalı deyildi. Onun yaradıcılığını izləyəyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri  ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. Abdurrahim Karakoç həyata əlvida desə də, bizlərə və eləcə də bundan sonra yetişən türk gəncliyinə dəyərli əsərlərini buraxdı. Düşünürəm ki, bu cür anım tədbirləri Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi ilə yanaşı, tanınmış türk ziyalılarının daha yaxından tanıdılmasına böyük bir töhfə olacaq”.
Millət vəkili vurğulayıb ki, A.Karakoç Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi illərdə, Ermənistan tərəfindən torpaqların işğal edildiyi Qarabağda Ermənistan tərəfindən soyqırım törədildiyi dövrdə Azərbaycanda heç zaman olmamasına baxmayaraq, "Qarabağa məktub" adlı silsilə şeirlər yazaraq, Azərbaycandakı qardaş və bacılarının yanında olduğunu göstərməklə bərabər, qardaş Türkiyənin gəncliyinə və Türk dünyası gəncliyinə müraciət edərək onları Qarabağ probleminin həllində Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında Azərbaycanın yanında olmağa çağırıb.
Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyin mədəniyyət müşaviri Seyid Əhməd Arslan bu cür tədbirlərin “bir millət iki dövlət” olan iki xalqın ictimai mədəni həyatında əhəmiyyətli hesab etdiyini bildirdi.

TBMM-nin üzvü, millət vəkili Feramüz Üstün  zamanın bütün dövrlərində ziyalıların, şairlərin xalqlar arasında mədəni körpü rolu oynamasını vurğuladı və bu cür tədbirlərin iki xalq arasında mədəni-ədəbi əlaqələrin daha da güclənməsinə səbəb olacağını qeyd etdi.

L.Şehsüvaroğlu, Mehmet Ünal və Mustafa Toygar çıxış edərək  şairlə bağlı fikirlərini bölüşdülər. A.Karakoçun ailəsi adından şairin oğlu Enderhan Karakoç və qızı Mihriban Karakoç Karasioğlu çıxış edərək bu tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdilər.

Türkiyəli sənətçi Əhməd Yenilməzin  aparıcılıq etdiyi tədbirin ədəbi-bədii hissəsi Türkiyə və Azərbaycan sənətçiləri, bədii qiraətçilərinin  müxtəlif səpgili musiqi və şeir parçaları ilə davam etdi.
Sonda millət vəkili Qənirə Paşayeva Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gənc Türk Yazarlar Birliyinin  adından TBMM-nin üzvü Feramüz Üstünə A.Karakoç gecəsinin təşkilinə verdiyi dəstəyə, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə plaket təqdim etdi.

Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İ.Gülməmmədova Türkiyəli qonaqlara Azərbaycan həqiqətləri ilə bağlı materiallar və hədiyyələr təqdim etdi.


Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı