Modern.az

Bakıda polis maşını piyadanı öldürdü

Bakıda polis maşını piyadanı öldürdü

Aktual

11 Fevral 2013, 10:38

Bakıda Dövlət Yol Polisinin əməkdaşı piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Emin Xəlilovun idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisinə məxsus “10-YP-582” dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elxan Həsənovu vurub. E. Həsənov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan