Modern.az

Əli Kərimlinin namizədliyilə bağlı müzakirələr dayandırılıb

Əli Kərimlinin namizədliyilə bağlı müzakirələr dayandırılıb

Aktual

11 Fevral 2013, 12:39

“Partiya daxilində Əli Kərimlinin prezidentliyə namizədliyi  hələlik müzakirə olunmur”. Bu sözləri  Modern.az saytına açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiya liderinin seçki planlarını şərh edərkən deyib. 

“Bu, işlərin necə yerinə yetirilməsindən asılı olaraq, seçkilərlə bağlı qərarımız olacaq. İctimai Palata çərçivəsində seçkilərdə iştirakla bağlı yekun qərarın tətbiqi seçki ərəfəsində gözlənilir. Hələlik isə Əli Kərimlinin namizədliyi müzakirə predmeti deyil”-deyə F.Qəhrəmanlı qeyd edib.
F.Qəhrəmanlının sözlərinə görə, AXCP-də əsas prioritet məsələ demokratik seçki mühitinin yaradılması, müxalifətin daha geniş birliyinin koalisiyasının formalaşdırılmasıdır.   Onun sözlərinə görə, partiyanın fəaliyyəti bu istiqamətdə müsbət nəticələr almağa yönəlib.
Aqşin Kərimov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı