Modern.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında AMEA prezidenti Mahmud Kərimovla vida mərasimi başlayıb.
Mərasimdə nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edirlər.
Qeyd edək ki, fevralın 9-da günorta saatlarında Mahmud Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən Mahmud Kərimov dünyasını dəyişib.
Anar KƏLBİYEV