Modern.az

FHN helikopter qəzası ilə bağlı Rəsmi Məlumat yaydı

FHN helikopter qəzası ilə bağlı Rəsmi Məlumat yaydı

Aktual

11 Fevral 2013, 16:10

Fövqəladə Hallar Nazirliyi qəzaya düşən helikopterlə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin yaydığı məlumatda bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 m məsafədə Xəzər dənizinə helikopter düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc xilasediciləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Həyata keçirilmiş axtarış xilasetmə əməliyyatları nəticəsində 1 nəfərin meyiti sudan çıxarılıb. Hal-hazırda axtarış xilasetmə işləri davam edtirilir. Əlavə məlumat veriləcək. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı