Modern.az

Hadi Rəcəbli gənclərlə görüşüb -FOTOLAR

Hadi Rəcəbli gənclərlə görüşüb -FOTOLAR

Aktual

11 Fevral 2013, 16:27

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Liderlik-fəal həyat mövqeyi" qış məktəblərinin Lənkəranda növbəti məşğələləri keçirilib. Modern.az-ın məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən tələbə gənclərdən ibarət İB (Ay Bi) klubunun üzvləri ilə üç gün ərzində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hadi Rəcəbli bir neçə mövzuda maraqlı, sual cavablarla, rəngarəng siyasi texnologiyalarla dolu məşğələlər keçirilib.

Məşğulluq, əmək münasibətləri istehlak mədəniyyəti, siyasi fəallığın əsas prinsipləri və digər mövzular gənclərin ürəyincə olub. Toplantı-kampda müxtəlif şəxsi inkişaf təlimlərilə yanaşı əyləncəli və komanda şəklində işləmək bacarığını əsas tutan oyunlar - “The Secret Game”, karaoke, gala gecəsi də keçirilib. Müzakirələrdə Azərspeys peykinin orbitə çıxarılmasının ölkənin dünyada ən böyük uğuru olduğu böyük sevinclə xüsusi vurğulanıb.

Prezident İlham Əliyevin bu ili İKT ili elan etməsi və bu sahədə uğurlu addımların bundan sonra daha çox atılacağı xüsusilə qeyd edilib.

Sonda seçki ilində gənclərin hazırki prezident İlham Əliyevə hamılıqla səs verəcəkləri bir daha səsləndirilib.

 


 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı