Modern.az

YAP icra katibi Mahmud Kərimov haqda: “Böyük bir insanı itirdik”

YAP icra katibi Mahmud Kərimov haqda: “Böyük bir insanı itirdik”

Aktual

11 Fevral 2013, 16:53

“Mahmud Kərimov Azərbaycanın böyük alimləri sırasında özünə məxsus yer tuturdu”. Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib. YAP icra katibinin sözlərinə görə, M .Kərimovun ölümü Azərbaycan elminə, mədəniyyətinə və ictimaiyyətinə böyük bir zərbədir, böyük bir itkidir.
“Mahmud Kərimov 10 ildən çox müddətdə Azərbaycanın Milli Elmlər Akademiyasına rəhbərlik edib. Müstəqillik illərində Azərbaycanın Milli Elmlər Akademiyasının inkişaf etdirilməsi, bütövlükdə Azərbaycanın akademik elminin inkişaf etdirilməsi əhəmiyyətli dərəcədə Mahmud Kərimovun adı ilə bağlı idi. Bu mənada onun AMEA-nın prezident kimi fəaliyyəti yüksək qiymətləndirilə bilər. Mahmud Kərimov elm təşkilatçısı olmaqla yanaşı həmdə qeyd edildiyi kimi böyük alim idi. Çox böyük əhəmiyyət kəsb edən tədqiqatları var idi. Eyni zamanda Mahmud Kərimovu fərqləndirən onun böyük ziyalılığı idi. Azərbaycan ziyalılığı özündə təcəssüm etdirən, müasir mərhələdə Azərbaycan ziyalılığını ifadə edə bilən ziyalı və nəhayət gözəl insan idi. Çox təəssüflənirik ki, Mahmud Kərimov həyatı çox cavan vaxtında tərk etməli oldu. Yəqin ki, bunu da təsəlli olaraq deməliyik ki, onun işləri öz yaradıcılığında, elmində yaşayacaqdır və bundan sonra da onun yaratdığı elmi məktəb davam edəcək. Allah rəhmət eləsin. Böyük bir insanı itirdik”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı