Modern.az

Nazirlik: “Rüstəm İbrahimbəyova qarşı cinayət işinin istintaqı davam edir”

Nazirlik: “Rüstəm İbrahimbəyova qarşı cinayət işinin istintaqı davam edir”

Aktual

12 Fevral 2013, 10:23

Kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı vergi yayınmaları ilə bağlı açılan cinayət işinin istintaqı davam edir. Bu barədə Vergilər Nazirliyindən Modren.az-a məlumat veriblər. Nazirlikdən bildiriblər ki, bəzi məsələlər istintaq sirri olduğundan ətraflı məlumat verilmir.

“Məsələ ilə bağlı istintaq işi aparılır. Amma istintaq sirri olduğundan bu barədə məlumat vermək olmur. Nazirlik hələ əlavə məlumat vermək istəmir”.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı cinayət işinin qaldırılmasına səbəb kimi XI Şərq-Qərb kinofestivalına gələn və 10 gün Bakıda tədbirlərdə iştirak edən 120 qonağın aeroportdan şəhərə və şəhər içində gəzintisinə və bu işlərə ayrılan pulların mənimsənilməsi göstərilib.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı