Modern.az

Nəsimi məhkəməsi bu gün İlqar Məmmədovun şikayətinə baxacaq

Nəsimi məhkəməsi bu gün İlqar Məmmədovun şikayətinə baxacaq

Aktual

13 Fevral 2013, 12:39

“Bu gün Nəsimi rayon məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun qanunsuz tutulması ilə şikayətə baxılacaq”  Bu barədə Modern.az-a İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, REAL hərəkatının sədri İlqar Məmmədovun qanunsuz həbs olunması ilə şikayətə edilib. Bu gün həmin şikayətə baxılacaq. 

Xatırladaq ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. T.Yaqublu və İ.Məmmədov barəsində 2 aylıq həbs-qətimkan tədbirini fevralın 4-də Nəsimi Rayon Məhkəməsi seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurlar.  

Gültəkin ƏLƏSGƏR 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı