Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün fevralın 15-16-da Lənkəran şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, seminar-treninqin əsas məqsədi dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılmasıdır. Həmçinin dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması seminarın prioritet istiqamətlərindəndir.
Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb bölgəsində, Oğuz rayonunda analoji tədbir keçirib.
Modern.az