Bu gün Azərbaycanın mərhum sabiq baş prokuroru Murad Babayevin 40 mərasimi keçiriləcək. Mərhumun oğlu Kamran Babayev Modern.az-a açıqlamasında bildirib ki, yas mərasimi Təzəpir məscidində təşkil olunacaq.
K. Babayev hazırda ailəyə baş çəkən qonaqların olduqlarını bildirib və ailənin bu çətin günündə onların yanında olanlara təşəkkür edib. Qeyd edək ki, Azərbaycanın keçmiş baş prokuroru Murad Babayev yanvarın 6-da qəfil ürəktutmasından dünyasını dəyişib. O, Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn olunub.
Anar Kəlbiyev