Yeni Azərbaycan Partiyası (YAP) sabiq deputat, partiyanın keçmiş üzvü Gülər Əhmədovanın həbsi ilə bağlı münasibət açıqladı. Hakim partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Modern.az-a açıqlamasında qeyd edib ki, bununla bağlı Baş Prokurorluq rəsmi məlumat yayıb.
Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə təqsirli bilinərək fevralın 13-də Səbail rayon Məhkəməsində çıxarılan qərarla hələlik 2 aylığa həbs olunub. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2) və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə (307.2-ci ) təqsirli bilinir.
Anar RÜSTƏMOV