Modern.az

YAP rəhbərliyi Oğuza getdi

YAP rəhbərliyi Oğuza getdi

Aktual

14 Fevral 2013, 12:44

Yeni Azərbaycan Partiyasının rəhbərliyi (YAP) Oğuz rayonuna gedib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hakim partiyanın icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və digər YAP-çı deputatlar bu gün Oğuz rayonuna səfər ediblər.

Bildirilib ki, YAP funksionerləri Oğuza səfər zamanı rayon gəncləri ilə görüşlər keçirəcəklər. Millət vəkiləri həmçinin Oğuzdakı son durumla bağlı rayon rəhbərliyi ilə də görüşərək müzakirələr aparacaqlar.

Anar RÜSTƏMOV  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı