Modern.az

“Qaradağlı Soyqırımı şahidlərin dili ilə”

“Qaradağlı Soyqırımı şahidlərin dili ilə”

Aktual

14 Fevral 2013, 13:33

Millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabında Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb. Modern.az-ın məlumatına görə, kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahılar verilib. Kitabın baş məsləhətçi Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov və millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı, redaktoru isə Əkbər Qoşalıdır.


“Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabının Azərbaycan dilində olan versiyası fevralın 15-də ictimaiyyətə təqdim olunacaq. Bundan sonra xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları arasında geniş yayılmaq üçün xarici ölkələrə göndəriləcək, xaricdə yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək. Yaxın zamanlarda kitabın ingilis dili versiyasının da işıq üzü görəcək.
Həmin gün eyni zamanda “Ruhum Qarabağlıdır” layihəsinin də təqdimatı olacaq. Millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında Xocavənd rayon ictimaiyyəti tərəfindən hazırlanmış sənədli filmin diskləri 1000 nüsxə ilə çap olunub və Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda(İran), Dağıstanda(Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək.

Qeyd edək ki, sənədli filmin ideya müəllifi və baş məsləhətçisi Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, filmin ssenari müəllifi tanınmış jurnalist-publisist Bəxtiyar Qaracadır. Filmdə rayon sakinlərinin çəkilb, peşəkar aktyorların, sənətkarların xidmətindən istifadə olunmayıb. Filmin orijinallığı nəzərə çarpan simaların müharibənin, qaçqın-köçkün həyatının ağrı-acılarını yaşayan xocavəndlilərin olmasındadır.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı