Modern.az

Elmar Vəliyevdən İlyas İsmayılova bəhanə

Elmar Vəliyevdən İlyas İsmayılova bəhanə

Aktual

14 Fevral 2013, 14:35

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məktubla müraciət edərək martın 30-da partiyanın üzv və tərəfdarları ilə görüş keçirmək üçün müvafiq zal ayırılmasını xahiş edib. Məktuba cavab verilibmi? Ümumiyyətlə, görüşlə bağlı məsələ nə yerdədir?

“Ədalət”in təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli partiyanın bildirib ki, mövcud qanunvericiliyə əsasən məktuba fevralın 20-dək rəsmi cavab verilməlidir: “Hələlik  rəsmi cavab almamışıq. Amma arada Gəncə Şəhər İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdiri Ruslan müəllim bizimlə əlaqə saxlayıb. O bildirib ki, bu cür görüşlərə icazəni Prezident Administrasiyası verir və ora müraciət eməliyik. Bunun heç bir qanunvericilikdə nəzərdə tutulmadığını bildrsəm də, təəssüf ki, qarşı tərəflə anlaşa bimədik. Ona görə də xahiş etdim ki, cavablarını yazılı şəkildə göndərsinlər. Belə çıxır ki, Gəncə Şəhər İcra Hakimiyyəti İlyas İsmayılovun partiya üzvləri ilə keçirmək istədiyi bu görüşə sadəcə bəhanələrlə icazə vermək istəmir. Bütün hallarda İcra Hakimiyyəti mövqeyini əsaslandırmalıdır. Əks halda buna özbaşınalıqdan başqa bir ad vermək mümkün olmayacaq”.

Mütəllim Rəhimli sonda deyib ki, bu günlərdə Prezident İlham Əliyevin icra hakimiyyətlərinə qanunsuz hərəkətləri ilə bağlı xəbərdarlığı yəqin ki, Gəncənin İcra Hakimiyyətində də məsuliyyət hissini gücləndirəcək və onların məktubuna qanunun tələbindən doğan cavab veriləcək: “Yəni ümid edirik ki, partiya sədrinin Gəncə ədalətçiləri ilə görüşü baş tutacaq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı