Peykin kosmosdan birbaşa internet və digər rabitə xidmətlərinə təsir etməsi haqqında danışmaq bir qədər qeyri-mümkün olardı. Çünki “Azərikosmos” ASC bu tutumların satışını təşkil edir, internet provayderləri isə internetin hansı şəkildə, hansı tarifdə bazara təqdim olunmasına qərar verir”.
Bu sözləri Modern.az saytına açıqlamasında “Azərikosmos” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə idarəçi Nigar Mədətli peykin internet, o cümlədən digər rabitə xidmətlərinə təsirinin hansı zaman çərçivəsində baş verəcəyini şərh edərkən deyib. O qeyd edib ki, “Azərikosmos” ASC peyk operatorudur. “Peyk operatoru olaraq peyk üzərindən səhmlərini, o cümlədən tutumlarını yerli və xarici şirkətlərə satırıq. “Azərikosmos”un birbaş fəaliyyətinin təsiri olaraq ölkəmizin ucqar bölgələrində internetin olması və keyfiyyətli internet əlaqələri gözləyirik. Amma bunların hansı zamanda reallaşmasına indidən dəqiq vaxt göstərmək bir qədər qeyri-mümkündür. Çünki bunlar hamısı müəyyən proseslərdir, müəyyən mərhələlərdir və ancaq peykin istifadəyə verilməsindən, real satışlarının həyata keçrilməsindən asılıdır. Hansı ki, artıq müqavilələr imzalanmaq ərəfəsindədir, ancaq bu mərhələdən sonra biz haqqında danışdığımız təsirləri hiss edə bilərik. İlkin etapda hansısa təsirləri hiss etmək mümkün deyil”.
Aytən Əliyeva