“ARDNŞ və Türkiyənin “BOTAŞ” şirkəti birlikdə TANAP layihəsi gerçəkləşdirəcək. Bu proje Nabukko-nun qısa variantda reallaşmasına məcbur edir”. Bunu Modern.az saytına açıqlamasında ARDNŞ-in sabiq prezidenti Sabit Bağırov Nabukko” kəmərinin perspektivləri barədə danışarkən vurğulayıb. Avronestin Bakıdakı iclasında “ARDNŞ –in vitse prezidenti Elşad Nəsirovun bu kəmərə Avropanın maliyyə ayrırmaqda maraqlı olmaması barədə dediyi fikirlərə toxunan S. Bağırov bununla razılaşmayıb. “ARDNŞ rəsmisi Elşad Nəsirovun dedikləri ilə tanış deyiləm. Amma onu deyə bilərəm ki, Avropa yatırımda maraqlıdır. “Nabukko-vest” adlanan kiçik layihənin gerçəkləşməsi ehtimal olunandır. Avropa Nabukkonun baş tutması üçün investisiya yatırımda maraqlıdır”.-deyə ekspert qeyd edib.
Xatırladaq ki, ARDNŞ-in vitse prezidenti Elşad Nəsirov Nabukkonun reallaşması üçün Avronest-in Enerji Komitəsinin Bakıda keçirilən iclasında enerji layihələri ilə bağlı məsələlərə toxunaraq Avropanın bu işdə investisiya marağının əsas şərt olduğunu bildirib.
Aqşin KƏRİMOV