FİFA milli komandaların fevral ayı üçün nəticələrini açıqlayıb. Modern.az FİFA-nın rəsmi saytına istinadən bildirir ki, Azərbaycan bu sıralamada 118-ci yerdə dayanır. Millimizin hazırda balansında 283 xalı var.
Siyahıda İspaniya milli komandası liderlik edir. İkinci və üçüncü yerlərin isə Almaniya və Argentina milli yığmaları tutub. Türkiyə reytinq cədvəlində 41-ci yerdə qərarlaşıb. Ermənistan isə 462 xalla reytinq cədvəlində 80-cidir.Aytən