Modern.az

TQDK sədri: “İKT İli”ndə bu sahə üzrə qəbul yerləri artırılacaq”

TQDK sədri: “İKT İli”ndə bu sahə üzrə qəbul yerləri artırılacaq”

Aktual

14 Fevral 2013, 16:17

“Araşdırmalarımız nəticəsində faktiki olaraq bilirik ki, təhsil sistemində müəyyən məsələləri həll etməyə qadirik”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə Azərbaycanda təhsil sisteminin vəziyyətinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bununla əlaqədar olaraq “Abituturiyen” jurnalının 12-ci sayında kifayət qədər təkliflər irəli sürülüb. “Bu təkliflər tətbiq olunsa, orta məktəblərin təhsil sisteminə bu böyük töhfə ola bilər”.

Qəbul imtahanlarında müəyyən dəyişiklərə gəlincə isə M. Abbaszadə bildirib ki, dövlət sifarişli yerlərdə dəyişiklik olsa bu yalnız müəyyən ixtisaslarda ola bilər. “Məsələn artma ola bilər, amma azalma olmayacaq. Qəbul prosesi zamanı müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə olduğundan abituriyentlərə və onun valideynlərinə məsləhət görərdim ki, bütün bu yerləri indidən nəzərdən keçirsinlər ki, hansı ali məktəblərdə hansı ixtisaslarda yerlər daha çoxdur və onlar həmin yerləri seçən gənclərin istedadına uyğundurmu?.. Həm dövlət, həm özəl ali məktəblərdə ödənişli əsaslarla kifayət qədər yer var. Keçən ilin qəbul nəticələri göstərdi ki, ballar aşağı salındı, 150, 200 balla abituriyentlər ödənişli ali təhsil müəssislərinə qəbul ola bildilər. Bu o deməkdir ki, 150, 200-dən yuxarı bal toplayanlar da ödənişli təhsil alacaqlar”.

 

TQDK sədri qeyd edib ki, bu il “İKT İli” elan edildiyindən bu sahə üzrə yerlər çoxdur. “Keçən il də bu sahədə kifayət qədər yer var idi. Və yenə artırılacaq. İstərdim ki, gənclərin istəyi bu sahəyə artırılsın. Amma təbii ki, hər bir gənc öz seçimini özü edir”.

Anar Kəlbiyev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı