Modern.az

Məleykə Abbaszadə: “Builki qəbul planında yenilik gözlənilmir”

Məleykə Abbaszadə: “Builki qəbul planında yenilik gözlənilmir”

Aktual

14 Fevral 2013, 17:00

“Builki qəbul planında heç bir yenilik gözlənilmir. Çünki yeni qaydaları biz tətbiq etmirik, bunun Nazirlər Kabineti Təhsil Nazirliyi ilə birlikdə təklif edir”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O, test bankları məsələsinə də toxunaraq bildirib ki, hazırda test bankları öz aktuallığını itirib.

“İndi repetitor yanına gedəndə abituriyentlərə ancaq bunu öyrədirlər. Amma bunların əksəriyyətini öz əhəmiyyətini itirib”.

Test banklarının yenidən işlənməsinəgəlincə, M. Abbaszadə bildirib ki, ola bilsin ki, gələn il bunun bir hissəsi çap edilsin. “Amma biz bundan ona görə çəkinirik ki, test banklarını hazırlayanda abituriyentlər fikirləşirlər ki, bunları öyrənsələr, bəs edər. Halbuki belə olmalı deyil. TQDK test banklarını çap etməklə sadəcə şagirdlərə testləri necə işləmək lazım olduğunu nümayiş etdirir, yəni bu, bir nümunədir”.

 

Anar Kəlbiyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı