Modern.az

Azərbaycan-Küveyt arasında sazişlər imzalanıb

Azərbaycan-Küveyt arasında sazişlər imzalanıb

Aktual

14 Fevral 2013, 17:12

Bu gün Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Küveyt dövlətini ölkəmizdə rəsmi səfərdə olan Küveyt Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. 

  İclasda iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb və iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayələrin yatırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu qeyd edilib. İki ölkə arasında yeni sazişlərin hüquq-müqavilə bazasını möhkəmləndirəcəyi və bunun da öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyi vurğulanıb.                         

 

Sonra Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq, təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Küveyt Dövlətinin Xarici İşlər Nazirliyinin Saud N.Alsabah Küveyt Diplomatik İnstitutu arasında anlaşma memorandumu və Azərbaycan-Küveyt Birgə Hökumətlərarası Komissiyasının 2-ci iclasının protokolu imzalanıb.    

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı