Modern.az

Ali Neft Məktəbində TDQK sədri ilə görüş keçirilib

Ali Neft Məktəbində TDQK sədri ilə görüş keçirilib

Aktual

14 Fevral 2013, 18:22

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində olub, BANM-nin professor-müəllim və tələbə heyəti ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söhbət açıb. O bildirib ki, “Neft kapitalının insan kapitalına çevirək” şüarı ölkə başçısı cənab İlham Əliyevin təhsilə verdiyi önəmin göstəricisidir.

“ARDNŞ-nin həyata keçirdiyi investisiya layihələri ilə yanaşı bir çox sosial və təhsil layihələri ölkə prezidentinin diqqət və qayğısının nümunəsidir”.

Daha sonra rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin qısa zaman ərzində əldə etdiyi uğurlardan danışaraq bildirib ki, bir il bundan öncə iki ixtisas üzrə (Neft-qaz mühəndusliyi və kimya mühəndisliyi) tələbə qəbuluna başlayan Ali Məktəbdə növbəti tədris ilində Neft-qaz və Neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni ixtisas - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” açılacaqdır. Rektor tədrisin müasir standartlara uyğun şəkildə təşkil edilməsi və həyata keçirilməsi məqsədi ilə BANM və Böyük Britaniyanın Heriot-Vatt Universiteti, digər xarici universitetlər və neft-qaz, kimya sahəsi üzrə dünyanın tanınmış bir çox şirkətləri arasında yaradılmış əməkdaşlıqdan və birgə fəaliyyətdən bəhs edib. O, Bakı Ali Neft Məktəbinin əsas məqsədinin ölkəmiz üçün beynəlxalq standartlara cavab verən, müasir texnika və texnologiyalar yiyələnmiş, yüksəkixtisaslı və ingilis dilli kadrların yetişdirilməsi olduğunu bildirib.

 

Bakı Ali Neft Məktəbinin tələbələrini test imtahanlarında əldə etdikləri yüksək nəticələrə və BANM-nin tələbələri adını qazandıqlarına görə təbrik edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, onların daxil olduqları ali məktəb yeni yaranmasına baxmayaraq, 2012-2013 tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlində birinci yeri qazanmış və bir çox göstəricilərə görə, ali məktəblər arasında liderdir. Bunun yüksək nailiyyət olduğunu bildirən M. Abbaszadə eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd edib. Sonra tələbələrə dərslərində uğurlar arzu edərək bildirib ki, dövlətimiz tərəfindən onlar üçün yaradılan münbit şərait ali biliklərə yiyələnərək dinamik inkişaf edən ölkəmizin quruculuq işlərinə öz töhfələrini verməyə imkan yaradacaqdır.

 

Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı