Prezident İlham Əliyev 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Modern.az prezidentin rəsmi internet səyfəsinə istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
| Təşkilat Komitəsinin sədri | ||
| Yaqub Eyyubov | - | Azərbaycan Respublikası Baş nazirinin birinci müavini |
| Təşkilat Komitəsinin üzvləri | ||
| Azad Rəhimov | - | Azərbaycan Respublikasının gənclər və idman naziri |
| Elman Rüstəmov | - | Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti |
| Hacıbala Abutalıbov | - | Bakı Şəhər İcra Hakimiyyətinin başçısı |
| Elmar Məmmədyarov | - | Azərbaycan Respublikasının xarici işlər naziri |
| Ramil Usubov | - | Azərbaycan Respublikasının daxili işlər naziri |
| Eldar Mahmudov | - | Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri |
| Samir Şərifov | - | Azərbaycan Respublikasının maliyyə naziri |
| Əbülfəs Qarayev | - | Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
| Əli Abbasov | - | Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri |
| Oqtay Şirəliyev | - | Azərbaycan Respublikasının səhiyyə naziri |
| Rövnəq Abdullayev | - | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti |
| Aydın Əliyev | - | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
| Firudin Nəbiyev | - | Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi |
| Mahir Məmmədov | - | Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti |
| Faiq Həsənov | - | Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti |
Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlamalı və icra olunmasını təmin etməlidir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Modern.az