Azərbaycanın Milli Qəhrəmanı, Ədliyyə nazirinin müavini, polis general-mayoru Mədət Quliyev Prezident İlham Əliyevə məktubla müraciət edib. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Quliyev ölkə başçısını Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə buraxılması münasibətilə təbrik edib.
“Rəhbərliyiniz altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə yüksək önəm verilməsi, ölkədə kosmik sənayenin yaradılmasının əsas hədəflərdən biri kimi seçilməsi, 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
Bir daha bu qürurverici hadisə münasibətilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, gələcək fəaliyyətinizdə yeni nailiyyətlər, uğurlar diləyirəm”,-deyə nazir müavini məktubunda qeyd edib.
Anar RÜSTƏMOV