Bu günlərdə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq. Bundan sonra mediada kart sistemində sonra avtobuslarda bəzi sərnişinlərə güzəşt olunacağı haqqında yazıldı. Bəs görəsən kart sistemi quraşdırıldıqdan sonra hər hansı bir sərnişinə güzəşt olacaqmı?
Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, güzəşt anlayışı artıq sovet dövründə qalıb. Nazirlik rəsmisi hazırda avtobusların özəl şirkətlər tərəfindən işlədildiyini deyib.Anar Kəlbiyev