Milli Məclisin bu günə təyin edilən iclasında müzakirələr davam edir. Modern.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Fərəc Quliyev məsələ qaldırıb ki, Milli Məclisin Ehtiyat Fondu yaradılsın. “Müəyyən layihələr olur, əlavə işlər ortaya çıxır və bunu yerinə yetirmək lazımdır. Bununla bağlı təklif edirəm ki, Milli Məclisin Ehtiyat Fondu yaradılsın. Lazımi strukturlarla bunu əlaqələndirib məsələni həll etmək lazımdır”, – deyə deputat vurğulayıb.
Modern.az