Modern.az

Fazil Mustafa: "AzTV bizi tutuquşuya bənzədir" - İTTİHAM

Fazil Mustafa: "AzTV bizi tutuquşuya bənzədir" - İTTİHAM

Aktual

15 Fevral 2013, 12:45

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa bildirib ki, bu yaxınlarda iki nazir və üçü rektor olan 5 millət vəkili Polşa səfərindən qayıdıblar. “Onlar səfərdən qayıtdıqdan sonra mətbuat konfransı keçiriblər. Amma heç bir mətbuat orqanı  bunu göstərməyib. Milli Məclisə olan münasibət budur. Milli Məclisə aşağılayıcı münasibət var. Bazar günü AzTV-yə baxdım, Milli Məclisi elə göstərirlər ki, deputatlar tutuquşu kimi bir-birini təkrarlayırlar. Bu yolverilməzdir”, – deyə F. Mustafa qeyd edib.

Millət vəkili İlqar Məmmədov və Tofiq Yaqublunun həbs olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Tofiq Yaqublunun həm özü, həm də qızı həbs olunub. “Bu haqsızlıqdır. Milli Məclisi “zoopark “ adlandıran İlqar Məmmədovu isə millət vəkilləri burada müdafiə etməli deyillər. O, Milli Məclisi təhqir edib, heyvanxanaya bənzədib”.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı