Modern.az

Deputat Qarsda təqdimat keçirəcək

Deputat Qarsda təqdimat keçirəcək

Aktual

16 Fevral 2013, 10:59

Millət vəkili Qənirə Paşayeva Xocalı və Qaradağlı Soyqırımları ilə bağlı konfranslarda çıxış etmək üçün Türkiyənin İqdır və Qars şəhərlərinə gedib. Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Türkiyənin İqdır və Qars şəhərlərində millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Qaradağlı Soyqırımı: şahidlərin dili ilə” kitabının və "Ruhum qarabağlıdır" layihəsinin təqdimatı keçiriləcək.

Eyni zamanda millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran Hocalı Soykırımı: Tanıkların dili ile” kitabının da təqdimatı keçiriləcək. Kitabın Türkiyə türkcəsində nəşr olunmasında məqsəd Xocalı həqiqətlərinin qardaş ölkədə daha geniş təbliği işinə xidmət edir.

Hər iki kitabın nüsxələri Azərbaycan həqiqətlərinin daha geniş yayılması üçün Qars və İqdır şəhərlərinin dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, KİV-lərinə, Universitet və kitabxanalarına veriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı