Modern.az

Bakıda AA seriyalı nömrəsi olan avtomobil iki piyadanı vurub

Bakıda AA seriyalı nömrəsi olan avtomobil iki piyadanı vurub

Aktual

16 Fevral 2013, 20:58

Bu gün Bakı şəhərində 36 AA 108 seriyalı nömrə nişanı olan avtomobilin iştirakı ilə yol qəzası  baş verib. Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, avtomobil yolu keçmək istəyən iki piyadanı vurub və hadisə yerindən uzaqlaşıb. Qəza nəticəsində hər iki piyada xəsarət alıb.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında bildirib ki, belə bir qəza ilə bağlı onlara məlumat daxil olmayıb.

“Hazırda işdən çıxmışam və bu barədə məlumatım yoxdur. Bununla bağlı məlumat öyrənib birinci gün sizə deyə bilərəm”-deyə şöbə rəisi vurğulayıb.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı