Modern.az

Xocalı soyqırımı Qarsda və İqdırda yad edilib - FOTO

Xocalı soyqırımı Qarsda və İqdırda yad edilib - FOTO

Aktual

18 Fevral 2013, 13:06


Xocalı soyqırımının ildönümü mərasimləri Türkiyədə geniş qeyd edilir. Modern.az xəbər verir ki, İqdırda Qaradağlı və Xocalı Soyqırımı ilə bağlı  konfrans keçirilib. Konfransın təşkilatçılarından olan Türk Eğitim Sen İqdır şöbəsi başqanı Ali Arslan açılış çıxışında 1992-ci ilin fevral ayında ermənilərin Qaradağlıda və Xocalıda bir soyqırım törətdiklərini deyib və bütün dünyanın ermənilərin bu vəhşiliyini bilməli və qınamalı olduğunu söyləyib.

Tədbirdə çıxış edən Türkiyənin millət vəkili Sinan Oğan Xocalı soyqırımı haqqında danışaraq, bu soyqırımın beynəlxalq aləm tərəfindən tanınmağın vacibliyini qeyd edib.

Azərbaycan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Qənirə Paşayeva çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını  dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Ermənistan dövlət rəsmilərinin təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edən Qənirə Paşayeva bunları söyləyib:

“Xocalı soyqırımı  yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir.  Ermənistan Azərbaycanın  20%  torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur”.

Tədbirdə çıxış edən professor Yusuf Halaçoğlu, İqdır valisinin müavinləri Şenol Kaya, Hacı Uzkuç, Azərbaycanın Qarsdakı baş konsulu Asiman Əliyev, Türkiyə Azərbaycan dərnəyinin baş katibi Ənvər Türkoğlu, İqdır şöbəsi başqanı Serdar Ünsal, İstanbul Azərbaycan dərnəyinin sədri Səfər Karakoyunlu və başqaları  çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

***

Qars şəhərində də Milliyətçi Hərakat Partiyasının vilayət təşkilatı bununla bağlı möhtəşəm tədbir keçirib.

Tədbirdən xeyli əvvəl şəhərin müxtəlif görkəmli yerlərində Xocalı faciəsinə aid xüsusi hazırlanmış xüsusi reklam lövhələri yerləşdirilib. Plakatlarda qətliamın dəhşəti, tədbirin yeri və zamanı barədə məlumat verilib.

Mərasim şəhərin ən böyük Xalq Təhsil Mərkəzinin akt zalında keçirilib. Tədbirdə MHP-çilərlə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri, Qarsda çalışan Azərbaycan vətəndaşları, Qars universitetinin professorları və tələbələri, Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov və konsulluğun işçiləri iştirak ediblər.

MHP Mərkəzi Yürütmən Kurulunun üzvü Muharram Yıldız, MHP Qars il başqanı Yavər Özcan, MHP-çi millət vəkili Sinan Özan, MHP-çi digər millət vəkili Yusuf Halaçoğlu çıxış edib və onlar Xocalı qətliamını tarixin ən böyük faciələrindən biri adlandırıb.

Daha sonra çıxış edən millət vəkili Aydın Mirzəzadə Xocalı soyqırımının tarixindən, Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində törənən fəsadlardan və dövlətimizin apardığı siyasətdən danışıb.

Üç saatdan çox davam edən tədbir Türkiyə-Azərbaycan dostluğunun gücü ilə xarakterizə olunub.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı