Modern.az

Deputat seçicilərin problemlərini dinlədi - FOTO

Deputat seçicilərin problemlərini dinlədi - FOTO

Aktual

18 Fevral 2013, 14:53

Millət vəkili Hadi Rəcəbli Lənkəranda yenidən seçiciləri ilə görüş keçirib. Modern.az-ın məlumatına görə, seçicilərin müraciəti ilə baş tutan görüşdə deputat rayon sakinlərini dinləyib.

Rvo kənd sakini Arif Məmmədov orduda çalışan zabit oğlunun ailə vəziyyətinin çətin olmasını,Verəvul kəndinin bir qrup ağsaqqalı kənddə sosial evin tikilməsini, Şürük kənd sakini Firuzə Məmmədova sosial durumunun çətinliyi ilə bağli, ünvanlı sosial yardım almaq istədiyini bildirmiş Havzava kənd sakini Bayramov İlqar İltifat oğlu, Lənkəran şəhər sakini Novruzov Ramin Məhərrəməli oğlu isə işlə təmin olunması ilə bağlı müraciət ediblər.

Müraciət edən vətəndaşların bir qrupunun məsələsi yerindəcə öz həllini tapıb. Firuzə Məmmədovaya sosial yardımın alınması üçün sənədlərin qanuna müvafiq hazırlayıb, ƏƏSMN-nin yerli şöbəsinə müraciət etməsi tövsiyə olunmuş, İlqar Bayramov və Ramin Novruzov işlə təmin ediliblər, Arif Məmmədova isə maddi köməklik göstərilibdir.

Müraciət edənlər ölkədə gedən sosial iqtisadi inkişafı xüsusi vurğulayıb və fikir mübadiləsi də aparıblar.

Ümumilikdə gün ərzində 18 nəfər vətəndaşın müraciətinə baxılıb.

 

 

 

 

 

 

 

 

Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı