Modern.az

Ermənistanda etiraz aksiyaları başlayıb

Ermənistanda etiraz aksiyaları başlayıb

Aktual

19 Fevral 2013, 09:35

Ermənistanda dünən keçirilmiş prezident seçkilərində yol verilən qanunsuzluqlara etiraz əlaməti olaraq ötən gecədən Mərkəzi Seçki Komissiyasının İrəvandaki binası qarşısında aksiya başlayıb.

Erməni KİV-lərinin məlumatına görə,  etirazçılar seçkilərin nəticələrinin saxtalaşdırılmasının dayandırılmasını tələb edirlər. Aksiya iştirakçıları etirazların müddətsiz olduğunu bəyan ediblər.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 58,64%-i səs verib.  Raffi Ovanisyanın 36,75 % səsi var. Qrant Baqratyan 2,15 %, Paruyr Ayrikyan 1,23%, Andrias Qukasyan 0,57 %, Vardan Sedrakyan 0,42 %, Arman Melikyan 0,24 % səs toplayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı