Modern.az

Elçibəyin ailəsindən 2500 manat borcun ödənilməsi tələb edilir

Elçibəyin ailəsindən 2500 manat borcun ödənilməsi tələb edilir

Aktual

19 Fevral 2013, 09:41

Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin ailəsi təbii qazdan istifadəyə görə uzun müddətdir yığılıb qalan borcdan gileylənib.

Bu barədə Modern.az-a danışan mərhum Elçibəyin qayını Mirmövsüm Mahmudov eks-prezidentin ailəsinin 2500 manat qazpulu borcu olduğunu və bu borcun ödənişində çətinlik çəkdiklərini deyib. M.Mahmudov  aidiyyatı dövlət qurumlarına müraciət edərək Əbülfəz Elçibəyin xidmətlərini nəzərə alaraq həmin borcun bağışlanmasını istəyib.

“Elçibəyin ailəsinin 2500 manatdan çox qazpulu borcu var. Nə üçün Azərbaycanda əvəzsiz xidmətləri olan Elçibəyin ailəsini bu borcu dövlət tərəfindən bağışlanmamalıdır? Elçibəyin oğluna, yaxınlarına iş vermirlər. Amma borcun ödənməsini tələb edirlər”, – deyə M. Mahmudova bildirib.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı