Modern.az

Məhkəmə icraçıları İsa Qəmbərin evinə gəlib - FOTOLAR

Məhkəmə icraçıları İsa Qəmbərin evinə gəlib - FOTOLAR

Aktual

19 Fevral 2013, 12:20

“Əsgər ölümünə son!” və “İsmayıllıya dəstək” aksiyalaırnda cərimələnən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərin yaşadığı mənizə məhkəmə icraçıları gəliblər. Modern.az-ın məlumatına görə, məhkəmə icraçıları Turqut Qəmbərin ona kəsilən cərimənin ödənməsini tələb ediblər.

T.Qəmbər məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.

Musavat.com-un məlumatına görə, İsa Qəmbər məhkəmə icraçılarını kandarda qarşılayaraq bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil.

İsa Qəmbər Nəsimi rayonunun məhkəmə icraçılarına bildirib ki, onlar onun mənzilnə daxil ola bilməzlər və buna ixtiyarları yoxdur. 7 nəfər icraçı bir müddət qapı ağzında dayanıb gözləyiblər. Daha sonra İsa Qəmbər onlardan yalnız ikisinin mənzilə daxil olmasına icazə verib və deyib ki, bu evdə olan bütün əmlak ona məxsusdur. Məhkəmə icraçıları bildiriblər ki, onlar evdəki əmlakı qeydə alacaqlar və məhkəməyə verəcəklər, daha sonra məhkəmə ailədən arayış alacaq ki, bu əmlakların içində Turqut Qəmbərə aid olan əşyalar var, ya yoxdur.

Sonra İsa Qəmbərin evində əmlakın qeydə alınması prosesi aparılıb. Əməkdaşımızın verdiyi xəbərə görə, məhkəmə icraçıları aşağıdakı əmlakları potensial müsadirə əşyaları kimi qeydə alıblar: 2 ədəd müxtəlif markalı televizor, 1 ədəd portativ kompüter, 1 ədəd musiqi mərkəzi, 1 ədəd kondisioner, 1 ədəd çilçıraq və 1 ədəd xalça.

Qeyd edək ki, Turqut Qəmbərlə eyni gündə eyni aksiyada saxlanılan figər aksiya iştirakçıları da bənzər durumla üzləşiblər. Onlardan bəzilərinin valideynlərinin əmlakı müsadirə olunub, bəziləri isə dostlarından aldıqları avadanlığı əldən verməli olublar.

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı