Modern.az

Vəkili: “İlqar Məmmədovun müdafiəsi üçün lazımı addımı atacağıq”

Vəkili: “İlqar Məmmədovun müdafiəsi üçün lazımı addımı atacağıq”

Aktual

19 Fevral 2013, 12:56

“İlqar Məmmədovun müdafiəsi üçün lazımı hərəkətləri etdik və edəcəyik”. Bu sözləri Modern.az-a REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev deyib. O, bildirib ki, yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

Fuad Ağayev onu da deyib ki, İlqar Məmmədovla İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və Ombudsman nümayəndələri görüşüb. Vəkilin sözlərinə görə, İlqar Məmmədova qanunla ailəsi ilə görüşməyə icazə verilsə də, onun ailə üzvləri ilə görüşüb-görüşmədiyini deyə bilməz.

Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlarda təqsirləndirilirlər. T.Yaqublu və İ.Məmmədov barəsində 2 aylıq həbs-qətimkan tədbirini fevralın 4-də Nəsimi rayon Məhkəməsi seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurlar.

Gültəkin Ələsgər 

     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı