Modern.az

Zakir Qaralov 3 rayona yeni prokuror təyin etdi

Zakir Qaralov  3 rayona yeni prokuror təyin etdi

Aktual

19 Fevral 2013, 13:22

Azərbaycanda bir neçə rayona yeni prokuror təyin edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərə əsasən  Zərdab rayon prokuroru vəzifəsini icra edən Bəhruz İbrahimov  həmin vəzifədən azad edilərək Lerik rayon prokuroru təyin edilib.

Baş prokurorun imzaladığı digər əmrə görə, Zərdab rayon prokuroru vəzifəsi Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Süleyman Süleymanova həvalə edilib.

Bundan əlavə, Fəxrəddin Məmmədov və Allahverdi Novruzov ikinci səlahiyyət müddətlərinə uyğun olaraq , Tovuz və Şəmkir rayon prokuroru vəzifələrinə təyinat alıblar. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı