“Xocalı soyqırımı ilə bağlı verilən səslər reytinq cədvəlində 4-cü yeri tutur. Petisiya sadəcə bir uğur, əzmkarlıq və birlik nümunəsidir. Amma qələbə Qarabağda olacaq. Biz buna da nail olacağıq” Bu sözləri Modern.az a açıqlamasında Mirhəsən Seyidov bildirib.
Onun sözlərinə görə, yanvar ayından etibarən Ağ Evin rəsmi internet saytında “Dağlıq Qarabağ” və “Xocalı Soyqırımı” məsələlərin müzakirəsi üçün 100.000 imza tələb olunan petisiyalar yaradırılıb.
“Kampaniya başladığı müddətdən 15.000-dən çox şəxs rəsmi olaraq qeydiyyatdan keçib və 4500-dən çox insana bu haqda məlumat göndərilibdir. Kampaniyaya Bakıda yerləşən 3 Ticarət Mərkəzi, 4 region, 6 gənclər təşkilatı, 50-ə yaxın gəncə 6 şirkət öz dəstəklərini veribdir”.
Həmçinin MirHəsən Seyidov qeyd edib ki, Heydər Əliyev Fondunun Azərbaycan xalqını bu imzatoplanma kampaniyasına olan çağırışı, Gənclər və İdman Nazirliyinin dəstəyi, bir çox qurum və təşkilatların bu məsələdə aktiv iştirakı imzaların artmasına böyük bir təkan oldu.
“Kampaniyanın nəticəsi olaraq, bu gün artıq Xocalı və Dağlıq Qarabağ ilə bağlı yaradılan petisiyanın imzalarının sayı artıq 100.000-ə xalqımızın birliyi nəticəsində çatdırılıbdır”.
Qeyd edək ki, aksiyanın təşəbbüskarı Mirhəsən Seyidovdur.
Ulduz İbrahimova