Modern.az

QHT Alyansı ASAN rəhbərliyi ilə görüşdü - FOTO

QHT Alyansı ASAN rəhbərliyi ilə görüşdü - FOTO

Aktual

19 Fevral 2013, 14:35

Bu gün QHT Əməkdaşlıq Alyansı və Azərbaycan Respublikası Prezidenti yanında Sosial Xidmətlər və İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) arasında tanışlıq və əməkdaşlıq görüşü keçirilib.

Alyansın üzvlərini salamlayan ASAN-ın rəhbəri İnam Kərimov QHT rəhbərlərinə ASAN-ın əhaliyə göstərdiyi xidmət haqqında məlumat verib. Daha sonra İnam Kərimov QHT Əməkdaşlıq Alyansı ilə əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi edərək, QHT rəhbərlərinin suallarına cavab verib.
Alyansın həmsədri Rufiz Qonaqov  ASAN-la QHT-lərin əməkdaşlıqda maraqlı olduğunu, belə görüşlərin mütəmadi keçirilmə zəruriliyini  bildirib. Alyansın digər həmsədri Yadigar Məmmədli QHT-lərin vacib saydığı bir sıra təklifləri səsləndirib. Daha sonra ASAN rəhbərliyi və Alyans üzvləri xidmətin iş şəraiti görülən işlər və personalla yaxından tanış olublar.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı