Modern.az

İsa Qəmbərin evindən çıxan əşyalar - SİYAHI

İsa Qəmbərin evindən çıxan əşyalar - SİYAHI

Aktual

19 Fevral 2013, 14:24

Nəsimi rayonunun məhkəmə icraçıları Müsavat Partiyasının başqanı İsa Qəmbərin evindəki əşyaları siyahıya alıblar. Modern.az-ın məlumatına görə, icraçılar İsa Qəmbərin evində 7 əşya siyahıya alıb və akt tərtib ediblər.

Əşyaların siyahısını təqdim edirik:

1 ədəd işlək olmayan musiqi mərkəzi
2 ədəd işlənmiş televizor
1 ədəd noutbook
1 ədəd kondisioner
1 ədəd köhnə çılçıraq
1 ədəd xalça

Qeyd edək ki, İsa Qəmbərin oğlu Turqut Qəmbərin cərimə olunması ilə bağlı iki məhkəmə qərarı var. Bu məhkəmə qərarlarından biri 12 yanvar, digəri isə 26 yanvar aksiyası ilə bağlıdır. İki aksiyaya görə o, ümumilikdə 3 min manat cərimə olunub.

Sevinc

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı