Modern.az

Ziyalılar Forumunun növbəti toplantısı olacaq

Ziyalılar Forumunun növbəti toplantısı olacaq

Aktual

19 Fevral 2013, 14:47

“Ziyalılar forumunun növbəti toplantısının vaxtını dəqiqləşdirəcəyik”. Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü Eldar Namazov bildirib. Onun sözlərinə görə, üzvlərin çoxu beynəlxalq səfərlərdə olduğu üçün dəqiq tarix hələ müəyyənləşməyib.

“Dekabr ayının sonunda bir tədbirimiz olub. Eyni zamanda fevralın 5-də digər tədbirimiz baş tutub. Bu plana uyğun olaraq, növbəti toplantımız olacaq. Ziyalılar Forumunun üzvlərinin aparıcı şəxslərinin xarici səfərlərə getməsi toplantı ilə bağlı dəqiq vaxt müəyyən etməkdə çətinlik törədir. Bununla yanaşı, ölkədəki durumu, müzakirəyə çıxarılan məsələləri aktuallığını, üzvlərin aparıcı adamlarının eyni vaxtda Azərbaycanda olmasını nəzərə alıb vaxt müəyyən edəcəyik”, – deyə E. Namazov vurğulayıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı