Fevralın 19-da Xəzər rayonunin idarə və müəssisə rəhbərlərinin iştirakı ilə 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.
Mərdəkan mədəniyyət sarayında 500 nəfər ictimaiyyət nümayəndəsinin iştirakı ilə keçirilən hesabat konfransında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev də iştirak edib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar mədəniyyət sarayının foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanişlıqdan sonra Xəzər rayonunda 2012-ci il ərzində görülmüş işlər haqqında filmi izləyiblər.
Filmin nümayişindən sonra Xəzər rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov 2012-ci ildə əldə olunmuş uğurlardan, aparılmış quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdən danışıb. Əldə olunan uğurlarla yanaşı, rayonun qəsəbələrində həllini gözləyən problemlərin mövcudluğunu qeyd edən Gülağa İslamov aidiyyatı qrumlarla bu problemlərin həlli üçün müvafiq işlərin aparıldığını vurğulayıb.
Sonra icra başçısının müavini Arif Balayev 2012-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.
Konfransda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, 26 saylı BŞX-nın baş həkimi Telman Novruzov və 149 nomrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək, görülən işlərlə bağlı Prezident İlham Əliyevə və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Sonda qərar layihəsi oxunub və tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Modern.az