Modern.az

Təqaüdçülərə şad xəbər - pensiyalar artacaq

Təqaüdçülərə şad xəbər - pensiyalar artacaq

Aktual

20 Fevral 2013, 11:31

Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında pensiyaların artırılacağını bildirib. Onun sözlərinə görə, bunun dəqiq tarixi bəlli deyil. Məbləğ barədə də dəqiq bir rəqəm deməyin hələ tez olduğunu bildirən DSMF sədri bununla bağlı işlərin görüldüyünü qeyd edib. “Pensiyaların artırılması builki büdcədən maliyyə daxil olanda müəyyənləşəcək. Bununla yanaşı, DSMF hökumətə öz təkliflərini verəcək”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı