Modern.az

Azay Quliyevdən Ermənistan dövlətinə çağırış

Azay Quliyevdən Ermənistan dövlətinə çağırış

Aktual

22 Fevral 2013, 15:04

“Ermənistanın Azərbaycanın işğal altında olan Xocalı aeroportundan uçuşlar həyata keçirməsi Azərbaycana qarşı təhlükə yaradır. Bu hava məkanı Azərbaycana məxsusdur və Ermənistan tərəfindən istifadəsi qeyri-leqaldır.
Ermənistanın aeroportun istifadəsi üçün atdığı addımlar beynəlxalq avasiya qanunlarını, xüsusilə də, Beynəlxal Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını pozmağa cəhddir. Bu baxımdan, Azərbaycan Çikaqo Konvensiyasının hüquqi müstəvidə tətbiqini gücləndirəcək”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev ATƏT-in Parlament Assambleyasının Vyanada keçirilən iclasında ermənilərin Xocalı aeroportunu açmaq istəyinə münasibət bildirəkən deyib.

A.Quliyevin bildirib ki, Xocalı aeroportunun açılışı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərər vuracaq və əks reaksiyaya səbəb ola bilər.

“Ona görə də, bu cəhd qarşılıqlı inamın yaradılmasına təhlükə, münaqişənin həllinə maneə və təxribat hesab edilməlidir.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Avropa Mülki Aviasiya Konfransı bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.
Buna görə də, mən Ermənistan dövlətini regionda gözlənilməz nəticələrə səbəb ola biləcək bu cür qanunazidd addımlar atmaqdan çəkinməyə çağırıram”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı